Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
2021-03-03 12:08
Zaqatalada avtomobilin vurduğu şəhər sakini 63 yaşlı Əliheydər Böyükxan oğlu İslamov martın 2-i axşam saat 23 radələrində müalicə aldığı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Onu martın 1-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 132-ci kilometrliyində, 54 yaşlı Bakı şəhər sakini Azər Şamil oğlu Abbasov idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə vurub.
Vüsalə camal