Zaqatalada avtomobil aşıb, xəsarət alan var
Zaqatalanın Aşağı Tala kəndində rayon sakini, 1983-cü il təvəllüdlü Mustafa Yusif oğlu Süleymanovun idarə etdiyi “Opel Zafira” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib, daha sonra bağa aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.