Canlı
Zaqatalada 200-ə qədər həyət su altında qaldı, sel avtomobili apardı

2018-04-16 / 18:14

Güclü yağış Zaqatala rayonunda ev və həyətyanı sahələrə ziyan vurub. Mazıx kəndinin ərazisindən axan Dəliçay və Tala kəndi ərazisindəki Talaçay çayları məcrasından çıxıb. Nəticədə qısa müddətli sel yaranıb və kəndlərdə əsasən təsərrüfatlara ziyan dəyib. 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın ikimərtəbəli evin birinci mərtəbəsinə su dolub. Kənd sakininə məxsus “VAZ 2106” markalı maşını sel körpüdən çaya aşırıb, xəsarət alan olmayıb.

Vüsalə Camal