Zaqatala və Balakəndə uşaq bağçaları istifadəyə verilib

Zaqatalanın 3-cü Tala kəndində körpələr evi-uşaq bağçası əsaslı təmir-bərpadan sonra balacaların istifadəsinə verilib. 35 körpə üçün nəzərdə tutulan bağça yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti, mətbəx mebeli ilə təmin edilib, həyəti abadlaşdırılıb, uşaqların istirahəti üçün guşələr yaradılıb. Balakənin Sarıbulaq kəndində də körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. 40 yerlik bağça müasir tələblər səviyyəsində qurulub.

Ruhəngiz Hacıyeva