Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib
2021-05-24 10:05
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 58 yaşlı Abdullayeva Nazirlə Şəmsəddin qızı bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə yerlədirilib. Ucarda baş verən qəzada isə 37 yaşlı Pərviz Cəbrayılov idarə etdiyi vaz 2107 markalı avtomobillə 3 iri buynuzlu heyavanı vurub. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya çatdırılıb.
Vüsalə Camal