Zaqatala rayonunda "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu" mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən konfransda Rayon İcra Hakimiyyətinin və QHT sektorunun nümayəndələri ilə yanaşı təhsil işçiləri və gənclər iştirak edib. Konfrans boyu çıxışlarda gənclərin vətənpərvərlik məsuliyyəti, "Əsl vətənpərvər necə olmalıdır?" kimi önəmli mövzulara toxunulub. Bildirilib ki, əsl vətəndaş yetişdirmək üçün gənclərdə vətənpərvərlik ruhunu düzgün tərbiyə etmək olduqca vacibdir. Hər bir gənc öz vətənini sevməli, həm də digərlərinə sevdirməlidir. Bunun üçün isə düzgün seçilmiş təbliğat və maarifləndirmə işləri olduqca vacibdir. Tədbirin sonunda konfransda fəal iştirak edən gənclərə diplomlar verilib.

Vəfa Şairova