Zaqatala rayonunda aramsız yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib
2020-09-16 18:04
Zaqatala rayonunda aramsız yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. 7 kənddə evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. İri gövdəli ağaclar yıxılıb, elektrik naqilləri, telefon xətləri qırılıb. Muğanlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçub və şüşələri qırılıb. Eyni zamanda kəndlərdə bir sıra evlərin və tövlələrin dam örtüyü dağılıb. Təbii fəlakətin nəticələrinin və dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Fərid Mehdiyev