Zakir Həsənovla Hülusi Akar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
2021-10-27 10:05
Müdafiə naziri Zakir Həsənov Zəngilan rayonunda Türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Zakir Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib. Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Vüsalə camal