Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub. Təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələləri izlənilib. Müdafiə naziri döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.