Zabuxda torpaqların əkin məqsədli istifadəsi üçün son müraciətlərin qəbulu başlayır
Laçın rayonunun Zabux kəndində əkin məqsədli torpaqların istifadəyə verilməsi üçün son müraciətlərin qəbuluna başlanır.Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, kənddə məskunlaşan sakinlərin müraciətləri martın 16-sı günün sonuna qədər qəbul olunacaq.Torpaq sahələri minimum 5 hektar olmaqla dəmyə ərazilərdən ibarətdir və bu sahələrdə buğda, arpa, noxud, kartof və yem bitkilərinin əkilməsi nəzərdə tutulur.Müraciət edənlərlə müqavilələrin imzalanması və təlimlərin keçirilməsi isə bu ilin oktyabr-noyabr aylarında planlaşdırılır.
11 mart 2026

