Zabux və Susda evlərdə tələ-minalar aşkarlanıb
Laçının Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib. ANAMA-dan bildirilib ki evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.