Zərdabda sursat aşkarlanıb
Zərdabın Şəftəhal kəndi ərazisində 1 ədəd "F-1" əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 568 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Bundan əlavə, rayon sakini müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Araşdırmalar aparılır.
Vüsalə Cənnətova