Zərdabda birmərtəbəli ev yanıb, 2 nəfər ölüb
2021-02-19 10:07
Zərdabın Çallı kəndində kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 29 yaşlı Əhmədova Pərvanə Kərim qızı və 9 yaşlı Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Vüsalə camal