Zəngilanda yeni müəssisələrin açılışı olacaq
2021-03-17 18:05
"Bu yaxınlarda Zəngilanda bir neçə müəssisənin açılışı planlaşdırılıb. Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində xidmət obyektləri fəaliyyətə başlayacaq". Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, bu günədək Agentliyə işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1063 müraciət daxil olub.
Nərgiz camal