Zəngilanda sərhəd pozucusu saxlanılıb
2021-06-16 18:09
Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilannın Bartaz kəndi yaxınlığında 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub. Sərhəd pozucularından biri saxlanılaraq üzərində olan bağlamada təxmini çəkisi 5880 qram “marixuana”ya bənzər maddə aşkar olunub, digər sərhəd pozucusu isə geri İrana qaçıb. Bundan başqa “Mayak” sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçalanın Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə bənzər maddələr və 1543 ədəd psixotrop tərkibli həblər götürülüb.
Vüsalə camal