Zəngilanda qəza olub, ölən və xəsarət alanlar var
Zəngilanda Emin İbrahimovun idarə etdiyi "Mitsubishi"i yolun kənarında dayanmış "MAZ" markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sərnişini - Ağdaş sakini, 1972-ci il təvəllüdlü Şəmsəddin Sədiyev hadisə yerində ölüb. Sürücü və sərnişinlər - 1995-ci il təvəllüdlü Təbriz Əsədov, 1992-ci il təvəllüdlü Natiq Bayramov və 1995-ci il təvəllüdlü Vüsal İsmayılov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Nərgiz Camalzadə