"Zəngilanda bir ildən az müddətdə böyük iş görülüb". İsrail səfiri
2021-05-30 14:07
İsrailin Azərbaycandakı səfiri Corc Dik Zəngilana səfər edib. Bu barədə diplomat tviterdə yazıb. “Bu yaxınlarda İsrail şirkətlərinin öz texnologiyaları və nou-hauları ilə təmsil olunduğu Zəngilanın ağıllı kəndinə gözəl səfərimiz olub. 1 ildən az müddətdə böyük iş görülüb. Ərzaq təhlükəsizliyi Zəngilanda və hər yerdə böyüyən tərəfdaşlığımızın önəmli hissəsidir”, - C.Dik qeyd edib.
Vüsalə camal