Zəngilan və Füzulidə yüklərin daşınması üçün logistik mərkəzlər yaradılır
2021-05-18 10:00
Zəngilan və Füzulidə yüklərin daşınması üçün logistik mərkəzlər yaradılır. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevin sözlərinə görə, agentliyə Araz Vadisi İqtisadi Zonasının rezidenti kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün logistika şirkətindən müraciət daxil olub. Əsas məqsəd Zəngilan və Füzuli hava limanlarında gömrük anbarları yaratmaq və öz mərkəzlərimizi formalaşdırmaqla beynəlxalq yükdaşımaları həyata keçirməkdir.
Nərgiz camal