Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərlərinin baş planları hazırlanır
2021-11-03 12:12
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunub. Bundan əlavə Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərlərinin baş planlarının da hazırlanması prosesinə başlanılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov qeyd edib ki, qarşıda duran əsas vəzifə bərpa olunan, yenidən qurulan bütün şəhərlərdə, yaşayış məskənlərində yeni memarlıq simalarının yaradılmasıdır.
Vüsalə camal