Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub
Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib. Rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan "Khankendi" təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib. “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə 4-cü turnirdir.