Zəngilan aeroportunda hava hərəkətini idarəetmə sistemi sınaqdan keçirilib
2021-04-26 12:05
Bu gün Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemi sınaqdan keçirilib. AZAL-dan bildirilib ki, Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq. Aeroportun gələn il istismara verilməsi nəzərdə tutulur.
Vüsalə camal