Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb
"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. Xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib və Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.