Zəngəzur dəhlizi yolunda asfaltsalma işlərinə başlanılıb
2021-02-22 14:00
Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək. Artıq 28 km-lik yolun 17 km-i çəkilib, Həkəri çayının üzərində bir körpü tikilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngəzur dəhlizi yolunun bəzi hissələrinin asfaltlanmasına başlanıldığını da bildirib. Gəncə-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsinin də bu il yekunlaşdırılması nəzərdə tutulur.
Vüsalə camal