Zəngəzur dəhlizi üzrə avtomagistralın tikintisi 73% icra olunub
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizinin tikintisi sürətlə davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilən yolun 73%-də işlər yerinə yetirilib. Tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.
Nərgiz Camalzadə