Zəlzələ 43 mindən çox insanın həyatına bais olub
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 43 556 nəfərə çatıb. Yaralıların sayı 100 mini keçib.
Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib ki, zəlzələlər nəticəsində 600 minə yaxın mənzil dağılıb, ciddi zədələnib və sökülməlidir.
Bu arada Malatya vilayətində daha bir zəlzələ olub. Yerli vaxtla saat 23:36-da baş verən yeraltı təkan 4,1 bal gücündə, 7 kilometr dərinlikdə qeydə alınıb.
Nərgiz Camalzadə