Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.İdmançıların, tələbə və könüllülərin iştirak etdiyi veloyürüş Zəfər Tağının qarşısında start götürüb və orada da yekunlaşıb.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
05 noyabr 2026

