Zəfər günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
2021-11-08 16:10
Zəfər günü münasibətilə Naftalan, Şəmkir, Goranboy, Samux və Kəlbəcər ictimaiyyəti tərəfindən şəhidlərin xatirəsi yad edilib. Müharibə dövründə düşmənin xain niyyətinə baxmayaraq ordumuzun cəbhədə qazandığı qələbələrə diqqət çəkilib. 1 il öncə fədakarlıq göstərərək şəhid olanların medalları onların ailə üzvlərinə təqdim olunub. KİV nümayəndələrinə fəxri fərmanlar verilib.
Vüsalə camal