Zədələnmiş pulları dəyişdirmək üçün ofislər yaradılıb
2021-04-12 12:06
Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun Gəncə, Biləsuvar və s.ərazi idarələrində əhaliyə xidmət ofisləri təşkil edilib.
Vüsalə Camal