Yük maşınından qeyri-adi üsulla gizlədilən narkotik vasitə çıxdı
Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya tərəvəz aparan yük maşınında qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar olunub. 30 ədəd qablaşmada folqaya bükülərək kahı formasına salınmış, germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr müəyyən edilib. 69 kq 970 qram qurudulmuş marixuana və 20 kq 870 qram həşiş qətranı götürülüb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev