Yük maşını ilə minik avtomobili toqquşub, yaralı var
Bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 1961-ci il təvəllüdlü Zaqatala şəhər sakini Qasım Rəcəb oğlu İsgəndərov xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı