"Yuventus"-un futbolçusu A Seriyasının tarixinə düşüb
2020-06-23 10:09
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib. 35 yaşlı hücumçu A Seriyasında ən çox qol vuran portuqaliyalı oyunçu olub. Forvard XXVII turda "Bolonya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib və İtaliya çempionatında 43-cü qoluna imza atıb. O, bu göstəriciyə görə "Milan" və "Fiorentina"nın sabiq portuqaliyalı futbolçusu Ruy Koşta-nı geridə qoyub.
Fərid Mehdiyev