Canlı
YUNESKO-nun baş direktoru 3-cü turda da seçilməyib

YUNESKO-nun baş direktoru seçkilərinin üçüncü turu da nəticəsiz yekunlaşıb. Namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib. Qətərdən olan Həməd bin Əbdüləziz əl-Kavari 18 səs, Fransadan Odri Azuley 18 səs, Misirdən Muşira Xəttab 13 səs toplayıb. Səsvermənin növbəti mərhələsi bu gün keçiriləcək. Yeni rəhbərin adı oktyabrın 13-dək açıqlanacaq.

Vəfa Şairova