Yunanıstandakı qatar qəzasında ölənlərin sayı 43-ə çatıb
Yunanıstanın Tempe vadisində baş verən qatar qəzasında ölənlərin sayı 43-ə çatıb. Məlumata görə, toqquşmadan sonra 72 nəfər xəstəxanaya aparılıb. Onlardan 15-i sonradan xəstəxananı tərk edib. Xatırladaq ki, hadisə fevralın 28-dən martın 1-nə keçən gecə baş verib. Afinadan Salonikiyə gedən sərnişin qatarı sürətlə hərəkət edən yük qatarı ilə toqquşub. Fövqəladə vəziyyətlə bağlı aparılan araşdırmalar çərçivəsində Larisadakı dəmiryol vağzalının rəhbəri saxlanılıb.
Nərgiz Camalzadə