Yunan-Roma güləşi üzrə yığmamız son təlim-məşq toplanışına start verib
2020-03-05 18:11
Yunan-Roma güləşi üzrə yığmamız bu gün lisenziya turniri ərəfəsində son təlim-məşq toplanışına start verib. Millimiz son hazırlıq prosesini də vətəndə keçir. Bu dəfəki toplanışda daha çox taktiki-texniki çalışmalara üstünlük veriləcək. Martın 19-dək davam edəcək hazırlıq prosesində millimizlə birlikdə Hindistan yığması da iştirak edir.
Vüsalə Camal