Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirdə 3 medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər. Milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb. Təvəkkül Xəziyev gümüş medalın sahibi olub. Tural Əhmədov və Cocu Səmədov isə bürünc mükafata yiyələniblər.
Vüsalə Cənnətova