Yoluxma sayının azalmasının test sayı ilə əlaqəsi yoxdur. Yaqut Qarayeva
2020-01-07 18:04
Ölkədə COVİD-19-a yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil. Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, sərt karantin tədbirlərinin yeni başlandığı günlərdə gündəlik yoluxma sayının 4000, hətta 5000-ə çatdığı halda, bu gün gündəlik yoluxma sayı 1000-dən aşağı enib. "Yoluxma sayının sağalma sayından az olması, bəzi günlərdə hətta iki dəfəyədək az olması ona gətirib çıxarır ki, xəstəxanalarda yataq yerləri boşalır"- deyə Yaqut Qarayeva bildirib.
Nərgiz camal