Yollarda təhlükə yaradanlar məsuliyyətə cəlb olunublar
Gəncədə yol polisi yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülərin barəsində qanunamüvafiq tədbir görülüb. Narkotik vasitənin təsiri altında avtomobil idarə edən Şahin Məmmədov və Fərid Məmmədli isə inzibati qaydada həbs edilib.