Yollarda ağır qəza: Bərdədə piyada ölüb, Qaxda sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb
Bərdədə İlham Zeynalov idarə etdiyi “Mercedes”lə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı vurub.Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qaxın Suskənd kəndində “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü İradə İsmayılova avtomobildə sıxılı vəziyyətdə qalıb.FHN əməkdaşları sürücünü avtomobildən çıxarıb.Faktlarla bağlı araşdırma aparılır.
10 sentyabr 2026

