Yollar yenə avtoqəzalara şahidlik edib, 16 nəfər xəsarət alıb
Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb. Ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Goranboyda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb.
Salyanda baş verən analoji qəza isə 4 nəfəri xəstəxanalıq edib.
Salyanda qeydə alınan digər qəza isə maşının ağaca çırpılması olub. Nəticədə iki nəfər xəsarət alıb.
Hər 4 hadisə zamanı yaralananlar xəstəxanalara çatdırılıblar. Araşdırmalar aparılır.
Fərid Mehdiyev