Yol qəzasında 1 nəfər ağır yaralanıb
Xudatda iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrus oğlu ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Azad Mustafayev