Yol qəzasında iki qardaş xəsarət alıb
Lənkəranda 29 yaşlı Zahid Abbaszadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil əvvəlcə qaz borusuna, daha sonra yol kənarında dayanan Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.

