Yol qəzalarında 1 nəfər ölüb, 5 nəfər yaralanıb

İmişlinin Oruclu kəndində idarə etdiyi traktoru aşıran 54 yaşlı Əmirov Fərahim Əmir oğlu hadisə yerində ölüb.
Qaxın Kötüklü kəndində isə 73 yaşlı İosif Babacanaşvilininin idarə etdiyi “Toyota” markalı minik avtomobili Şəki rayon sakini Osman Rəsullunun idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Babacanaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Göyçayda da yol nəqliyyat hadisəsi baş verib. "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ət dükanına çırpılıb. Hadisə nəticəsində xəsarət alan sürücü, eləcə də digər üç sərnişinə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Azad Mustafayev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik