Yol qəzaları 5 can aldı
Gədəbəyin Slavyanka kəndində Sərxan Vahid oğlu Məmmədov yol qəzasına düşüb. O, Bakıda aparıldığı xəstəxanada ölüb.
Zərdabda Əmrah Umarovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil ağaca çırpılıb. Sərnişin Əliyev Raul Əziz oğlu ölüb, sürücü isə xəstəxanaya aparılıb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Kamran Qəhrəmanovun idarə etdiyi avtomobil qadın piyadanı vuraraq öldürüb.
Xətai rayonunda da Dursunəli İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən 1952-ci il təvəllüdlü Lyüdmila Əliyevanı vurub. Qadın hadisə yerində ölüb.
Xaçmazda isə "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub. Motosikletin sürücüsü həyatını itirib.
Vüsalə Cənnətova