Yol polisləri qarlı havada yolda qalan idmançılara yardım edib
2020-02-10 14:03
Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Qarlı-şaxtalı havada nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sərnişinlərə köməklik göstəriblər. Gədəbəydə keçirilən idman yarışından geri qayıdan yeniyetmələrin olduğu mikroavtobus gecə saatlarında yolda qalıb. Yol polisləri nəqliyyat vasitəsində olanları təhlükəsiz əraziyə gətirərək onlara yemək və isti içkilər verilib. Mikroavtobus yoluna davam edib.
Ruhəngiz Hacızadə