Yol polisi qarlı hava şəraiti ilə bağlı sürücülərə səslənib
DYP qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq yayıb. Əsasən dağlıq və dağətiyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb. Sürücülərdən hava şəraitini düzgün qiymətləndirmək, yararsız nəqliyyat vasitələri ilə yola çıxmamaq, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük vermək, piyadalara da ehtiyatlı olmaq tövsiyə olunur.
Fərid Mehdiyev