Canlı
Yevlaxda yanacaq daşıyan maşın minik avtomobili ilə toqquşub

2018-03-13 / 16:06

Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində “Tofaş” markalı avtomobil yanacaq daşıyan maşınla toqquşub. Nəticədə “Tofaş”da olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərbənin təsirindən yanacaq daşıyan maşının çəlləyi deşilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fərid Mehdiyev