Yevlaxda qəza törədən sürücünün meyiti tapıldı
Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb. 1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünəməxsus "VAZ-21014" markalı minik avtomobili ilə rayonun Salahlı kəndində qəza törədib. Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.
Fərid Mehdiyev