Yevlaxda qanunsuz silah-sursat daşıyan şəxs saxlanılıb
Yevlaxda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində müvafiq qaydada aparılan baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova