Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotik satan şəxslər yaxalanıblar
Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Əvvəllər məhkum olunmuş Mahir Əliyevdən "TT" markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib.
Rayon sakini Elşən Abbasovdan isə 1 kiloqrama yaxın marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Fərid Mehdiyev