Yevlaxda narkotik satan qadınla kişi saxlanılıb
2021-10-15 18:08
Yevlaxda polis narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlhamə Ağayevanı heroin və marixuana ilə saxlayıb. Onun narkotiki aldığı şəhər sakini Ziyad Qurbanov da metamfetamin, marixuana və elektron tərəzi ilə tutulub. Ağdaşda isə evdən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Paşayeva saxlanılıb.
Nərgiz camal